image-65d48538691f9backend

BMT 7 ölkəyə 100 milyon dollar vəsait ayırdı

image-reklam_sirab_01

Birləşmiş Millətlər Təşkilatı (BMT) humanitar böhran yaşayan və kifayət qədər maliyyə çatışmazlığı ilə üzləşən 7 ölkə üçün 100 milyon dollar ayırıb.
Vətəninfo.az xəbər verir ki, BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisi (OCHA) tərəfindən verilən açıqlamada BMT-nin Mərkəzi Fövqəladə Hallar Fondundan (CERF) 100 milyon dollar məbləğindəki vəsaitin böhran yaşayan ölkələrə veriləcəyi bildirilib.
Bu çərçivədə Sudan, Konqo Demokratik Respublikası və Suriyaya ayrı-ayrılıqda 20 milyon dollar, Çada 15 milyon dollar, Nigerə 10 milyon dollar, Livana 9 milyon dollar və Hondurasa 6 milyon dolların veriləcəyi qeyd olunub.
BMT-nin Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits deyib: “Yeni fövqəladə maliyyə axını dünyanın ən pis böhranları ilə üzləşən insanlara humanitar dəstəyin davam etdirilməsinə kömək edəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki