image-1backend

BMT: ”Qəzzada 650 min adam evsiz qalıb”

image-reklam_sirab_01

İsrailin oktyabrın 7-dən etibarən davam edən hücumları səbəbindən Qəzza zolağında 650 min insanın evsiz qaldığı bildirilir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) Qəzza zolağındakı vəziyyətlə bağlı yayımladığı gündəlik hesabatda bölgədəki dağıntılar barədə məlumat verilib.

Qəzzada 100 min köçkün ailənin çadırlara ehtiyacı olduğuna diqqət çəkən hesabatda deyilir:
“650 mindən çox insanın geri qayıdacaq evinin olmadığı təxmin edilir. İnfrastrukturun zədələnməsi və partlayıcı qalıqların yaratdığı risklər səbəbindən bir çox insan evlərinə qayıda bilməyəcək”.

İsrailin hücumları səbəbindən təxminən 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağında 1,9 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. Köçkün fələstinlilərin çoxu Qəzzanın cənubunda yerləşən və İsrailin son vaxtlar hücuma başlamaq üçün siqnallar verdiyi Rəfah bölgəsinə sığınıb. Rəfaha sığınan mülki vətəndaşların çoxu qalmağa yer tapa bilmədiklərindən müvəqqəti çadırlardan ibarət düşərgələrdə sağ qalmaq üçün mübarizə aparır.

Fələstin mənbələri İsrail ordusunun qurudan, havadan və dənizdən hücumuna məruz qalan Qəzza zolağında 70 min evin tamamilə dağıldığını, 290 min evin isə qismən zərər gördüyünü və yararsız hala düşdüyünü bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image