Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Xosep Borrell Kiyevə gəlib. Vətəninfo.az-ın məlumatına görə , bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko bildirib.
“Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Xosep Borel Kiyevə gəlib. Onunla qatarda söhbət etmək şansım oldu. O, Ukraynanın əsl dostudur”, – o, Telegram kanalında yazıb.
Borel Varşavadan Kiyevə yola düşüb. Polşada o, ölkənin xarici işlər naziri və müdafiə naziri ilə Aİ-nin Ukraynaya göstərdiyi yardımı, o cümlədən hərbi, maliyyə və yenidənqurma yardımını müzakirə edib. Görüşlərdən sonra keçirilən mətbuat konfransında Borel bildirib ki, Rusiyaya qarşı hazırlanmaqda olan 13-cü sanksiyalar paketi çərçivəsində icma müxtəlif ölkələrdə yerləşən və Aİ-nin fikrincə, şirkətlərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edəcək.