image-1backend

Bu ölkədə dəhşətli zəlzələ oldu

image-reklam_sirab_01

Tayvanda 7,2 bal gücündə zəlzələ baş verib, nəticədə azı 1 nəfər ölüb, onlarla insan yaralanıb. Bu, son 25 ildə adada baş verən ən güclü zəlzələdir. Vətəninfo.az-ın məlumatına görə , bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Tayvanın yanğınsöndürmə xidməti ən azı 26 binanın dağıldığını, onların yarıdan çoxunun zəlzələnin episentrinin yerləşdiyi şərqdəki Hualien bölgəsində olduğunu bildirdi. 50-dən çox insan yaralanıb. Təxminən 20 nəfər hələ də dağıntılar altındadır. Axtarış-xilasetmə əməliyyatları davam edir.

t2.jpg (163 KB)

Zəlzələnin ocağı 15 km dərinlikdə yerləşib.

t1.jpg (289 KB)

Yaponiya Meteorologiya Agentliyi kiçik sunami dalğalarının Okinavanın cənub prefekturasına çatdığını və gücünün tədricən azaldığını açıqlayıb. Yaponiyanın cənubunda və Filippində sunami təhlükəsi elan edilmiş, sonradan bu təhlükə ləğv edilmişdir. Tayvan da sunami təhlükəsi elan edib, lakin sonradan təhlükənin keçdiyi bildirilib.

Yaponiya seysmoloji xidməti yeraltı təkanların maqnitudasını 7,7, ABŞ 7,4 bal gücündə qiymətləndirib.

Zəlzələdən sonra ən azı 25 yeraltı təkan baş verib. Çinin mərkəzi mətbuatının məlumatına görə, yeraltı təkanlar ölkənin Futszyan əyalətində hiss olunub.

Sonuncu dəfə Tayvanda belə güclü zəlzələ 1999-cu ildə baş vermişdi. 7,6 bal gücündə zəlzələ nəticəsində 2400-ə yaxın insan həlak olub, 50 min bina dağılıb və ya zədələnib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki