Nigerin qərbində baş verən terror aktında 15 əsgər həyatını itirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Tillaberi bölgəsində yerləşən hərbi hissə naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.
Hadisə nəticəsində 15 əsgər həyatını itirib, 16 əsgər isə yaralanıb.
Tillaberi “3 ölkə sərhədi” olaraq tanınan Niger, Mali və Burkina Faso tərəfindən paylaşılan sərhəd xəttində yerləşir.
Qeyd edək ki, Əl-Qaidə və DEAŞ-a bağlı terror qruplarının tez-tez hücumlarına məruz qalır.