image-ozbekistanbackend

Bu türk ölkəsi qızıl ixracını kəskin artırdı

image-reklam_sirab_01

2023-cü ildə Özbəkistan qızıl ixracını əvvəlki ilə nisbətən 98,4% artırıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Özbəkistanın Statistika Agentliyi məlumat yayıb.

Məlumata görə, qızılın ixracı 2023-cü ildə 4.11 milyard dollardan 8.15 milyard dollara qədər artıb.

Eyni zamanda, Özbəkistanın ümumi ixracında qızılın payı 2023-cü ilin yanvar-dekabr aylarında 33,4%-ə yüksəlib. 2022-ci ilin analoji dövründə bu rəqəm 20,8% olub.axar.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki