image-movlud-cavusoglu-yeni-fotobackend

Çavuşoğlu:Taxılın və gübrənin ixracı qarşısındakı maneələr tam aradan qaldırılmayıb

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğluj bildirib ki, Türkiyə və BMT, Rusiyanın taxıl müqaviləsi çərçivəsində ərzaq və gübrə ixracına başlamaqla bağlı gözləntilərini qarşılamaq üçün koordinasiya edir.

Türkiyə Parlamentində 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən Çavuşoğlu  qeyd edib ki, BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın taxıl və gübrə ixracına maneələrin aradan qaldırılması üçün danışıqlar aparır. Rusiyanın taxıl və gübrə ixracı qarşısındakı maneələr tam aradan qaldırılmayıb: “Rusiyanın gözləntilərini qarşılamaq üçün hansı addımların atılacağını qiymətləndiririk, biz Biz onları qiymətləndirərək, işləri koordinasiya edirik”. Türkiyə XİN-nin rəhbəri əlavə edib ki, noyabrın 19-da başa çatacaq taxıl müqaviləsinin yenidən imzalanması tələb olunmur və tərəflərin razılığı ilə müqavilə avtomatik olaraq uzadılacaq.

Qeyd edək ki, noyabrın 2-də Rusiya BMT və Türkiyənin vasitəçiliyi ilə Ukraynanın Qara dənizdəki təhlükəsizlik dəhlizindən hərbi məqsədlər üçün istifadə etməyəcəyinə dair yazılı zəmanət verdikdən sonra taxıl sazişində iştirakını bərpa etmək qərarına gəlib.Eyni zamanda Moskva bəyan edib ki, Kiyev onlara verilən zəmanətləri pozarsa, sazişdən çıxmaq hüququnu özündə saxlayır.

 

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki