image-image_750x_62307530a57fcbackend

Çavuşoğlu: “Terrorçuların Suriya və İraqda gizlənməsinə imkan verməyəcəyik”

image-reklam_sirab_01
“Kim nə deyirsə desin, bunun qarşısını almaq üçün lazım olan hər şeyi edəcəyik”

Türkiyə PKK/PYD/YPG yaraqlılarının Suriya və İraqda gizlənməsinə imkan verməyəcək. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“PKK/PYD/YPG-nin Suriya və İraqda gizlənməsinə qətiyyən icazə verməyəcəyik. Kim nə deyirsə desin, bunun qarşısını almaq üçün lazım olan hər şeyi edəcəyik”, – Çavuşoğlu Türkiyə Parlamentində çıxışı zamanı deyib.

Baş diplomat Suriyada nizamlanma perspektivlərinə də toxunub: “Biz Suriyada bir müddətdir ki, xüsusi xidmət orqanları vasitəsilə Bəşər Əsəd rejimi ilə danışıqlar aparırıq. Rejim realist hərəkət edərsə, terrorla mübarizə, siyasi proseslər və suriyalıların öz evlərinə qayıtması məsələlərində birgə işləməyə hazırıq. Başqa cür düşünülə bilməz”.

Nazirin sözlərinə görə, Türkiyə İraqda da analoji siyasət aparır. Çavuşoğlu əlavə edib ki, Ankara həm İraqın mərkəzi Bağdad hökumətinə, həm də Ərbildəki regional hakimiyyət orqanlarına terrorla mübarizədə əməkdaşlıq təklif edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki