Amerikalı müğənni, aktrisa Cennifer Lopez aktyor Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət edib.
Vətəninfo.az xəbər verir ki , bu barədə CNN məlumat yayıb.
Lopez ərizəni Los-Anceles məhkəməsinə avqustun 20-də, Corciya ştatının Raysboro şəhərində nikah mərasimindən iki il sonra verib.
Daha əvvəl ulduz cütlüyün ayrı yaşadığı haqda xəbərlər yayılmışdı. Beverli Hillsdəki evlərini də satışa çıxardılar.Lopez və Afflek 2001-ci ildə “Jilly” filminin çəkiliş meydançasında tanış olublar, bundan sonra onların dostluğu, sonra isə sevgi münasibətləri başlayıb. Onlar 2002-ci ildə nişanlanıblar, lakin heç vaxt evlənməyiblər.
Cennifer Lopez və Ben Afflek illər ərzində başqa insanlarla evləndilər və 2021-ci ildə yenidən birlikdə olduqlarını elan etdilər.Lopezin keçmiş əri, müğənni Mark Entonidən iki, Afflekin isə keçmiş həyat yoldaşı, aktrisa Cennifer Qarnerdən üç övladı var.