image-1backend

Çexiyada fermerlər paytaxtı mühasirəyə alır

image-reklam_sirab_01

Ən azı 500 kənd təsərrüfatı texnikası Avropa Birliyinin yaşıl siyasətinə və yüksək enerji qiymətlərinə qarşı fermerlərin etiraz aksiyalarında iştirak etmək üçün Praqaya yollanır. Vətəninfo.az-ın  məlumatına görə , bu barədə Çexiya polisi X sosial şəbəkəsində məlumat yayıb.

“Hazırda 500-ə yaxın kənd təsərrüfatı texnikası Praqaya gedir”, – hüquq-mühafizə orqanının açıqlamasında deyilir.

Polis xeyli sayda kənd təsərrüfatı texnikasının hərəkətinin hələ də tıxaclara səbəb olmadığını qeyd edib.

“Biz fermerik” aksiyasının təşkilatçısı hesab edir ki, nə avropalı siyasətçilər, nə də çexiyalı siyasətçilər həqiqətən də torpaq mülkiyyətçilərinin narahatlığını nəzərə almırlar və işi “Avropada kənd təsərrüfatının məhvinə” aparırlar.

Öz növbəsində, “RİA Novosti” agentliyi xəbər verir ki, Çexiyanın iri aqrar təşkilatlarının rəhbərləri “Praqa blokadası”nda iştirakdan çəkiniblər. Onlar fevralın 22-də Aİ-nin digər ölkələrindən olan tərəfdaşlarla birgə aksiya ilə Aİ-nin “yaşıl siyasətinə” etirazlarını bildirəcəklər. Həmin gün Çexiyanın müxtəlif yerlərindən minlərlə fermer respublikanın sərhədlərinə toplaşmalıdır, lakin magistralların və ya dövlət sərhədlərinin bağlanmasından heç bir söz getmir.

Öz növbəsində, Çexiyanın kənd təsərrüfatı naziri Marek Viborny artıq torpaq mülkiyyətçiləri ilə danışıqlara hazır olduğunu bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki