image-1backend

Co Baydeni bu xanım əvəz edəcək

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris “The Wall Street Journal”a deyib ki, lazım gələrsə, Amerika lideri Co Baydenin vəzifələrini yerinə yetirməyə hazırdır.

Ona Baydenin yaşı ilə bağlı ölkə vətəndaşlarının narahatlığı xatırladılıb və belə bir ehtiyac yaranarsa, o, amerikalıları ölkəyə rəhbərlik etməyə hazır olduğuna inandırıb-inandırmayacağı soruşulub.
“Mən mütləq hazıram” deyə Harris cavab verdi və əlavə etdi ki, onun işlədiyini görən insanlar onun bacarıqlarına şübhə etmirlər.

Amerika mətbuatının yazdığına görə, son aylar Harrisin getdikcə daha ciddi və çoxsaylı vəzifələri var, o, Amerika administrasiyası tərəfindən Fələstin-İsrail münaqişəsi ilə bağlı işlərdə də iştirak edir.

The Wall Street Journal daha əvvəl yazmışdı ki, amerikalı seçicilər artıq 81 yaşlı Baydendə ölkə başçısı üçün lazım olan keyfiyyətləri görmürlər. Qəzet qeyd edir ki, Baydenin buraxdığı səhvlər onun ABŞ vətəndaşlarının gözündə imicinə xüsusilə güclü təsir göstərib, çünki o, seçicilərlə emosional əlaqə yaratmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki