image-1backend

Con Kirbi F-35 proqramı ilə bağlı bəyanat verdi

image-reklam_sirab_01

Amerika Birləşmiş Ştatları rəhbərliyi Türkiyənin Rusiyadan aldığı S-400-lərlə bağlı narahatlıqlarını aradan qaldıracağı təqdirdə yenidən F-35 proqramında iştirakının mümkün olacağını bəyan edib.

Vətəninfo.az xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi gündəlik mətbuat toplantısında jurnalistlərin F-35-lərlə bağlı sualarını cavablandırıb.
Con Kirbi Türkiyəyə F-16-ların satışından sonra bu ölkənin F-35 proqramına qayıda bilərmi sualına belə cavab verdi:
“Bu məsələ ilə bağlı danışıqlarımız davam edir. Əgər Türkiyə bu məsələ ilə bağlı narahatlığımızı aradan qaldıra bilsə, o zaman Türkiyənin F-35 proqramında iştirakı bərpa oluna bilər”.
Həftə sonu Türkiyədə görüşlər keçirən ABŞ dövlət katibinin müavini vəzifəsini icra edən Viktoriya Nuland Rusiyadan alınan S-400 zenit-raket sistemləri ilə bağlı vəziyyətin həll olunacağı təqdirdə Türkiyəni yenidən F-35 proqramına qəbul etməkdən məmnun olacaqlarını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki