İndoneziyanın Bali əyalətində ABŞ Prezidenti Cozef Baydenlə Çinin sədri Si Cinpin arasında G20 sammiti çərçivəsində ilk görüş keçirilib.

Bildirilib ki, bu, onların dövlət başçısı səviyyəsində ilk görüşüdür. Tərəflər arasında 2015-ci ildə görüş olub. Ancaq onda Cozef Bayden Prezident deyildi.

Qeyd edək ki, noyabrın 15-də İndoneziyanın Bali kurort adasında G20-liyin zirvə toplantısı keçiriləcək.Rusiya Prezidenti Vladimir Putin toplantıya qatılmayacaq.