image-1backend

Dağıstanda əməliyyat keçirilib

image-reklam_sirab_01

Rusiya Milli Antiterror Komitəsi Dağıstanda əməliyyat keçirib.

Vətəninfo.az  xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində bir qrup əcnəbi döyüşçü saxlanılıb.

Onların “Crocus City Hall”a hücum edən terrorçuları pulla təmin etdikləri bildirilib.

Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı baş verib. Silahlı şəxslər konsert zalının binasına soxulub, atəş açıb və məkanı yandırıblar, sonra isə hadisə yerindən qaçıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki