image-1backend

Dehlidə dəhşətli  yanğın: 11 nəfər həlak oldu

image-reklam_sirab_01

Vətəninfo.az  xəbər verir ki, ötən gecə Dehlinin rayonlarından birində boya fabrikində baş verən yanğın nəticəsində azı 11 nəfər ölüb, 4 nəfər yaralanıb.

Yanğınsöndürənlərin sözlərinə görə, yanğın fabrikdə baş verən partlayışdan sonra başlayıb, daha sonra yanğın iki anbara və narkomaniyanın müalicəsi mərkəzinə keçib.

“Yanğın qonşu evə və narkomaniya mərkəzinə keçib. Binanın çökməsinə səbəb olan partlayış 11 işçinin ölümünə səbəb olub. Cəsədlər tamamilə yanıb, bu da onların şəxsiyyətini müəyyənləşdirməyi çətinləşdirir”, – Dehli Yanğın Xidmətinin direktoru Atul Qarq bildirib.

Onun sözlərinə görə, hələlik yanğının dəqiq səbəbi məlum deyil, itkin düşənlərin axtarışı istiqamətində əməliyyat aparılır. Bununla belə, Hindistan paytaxtının səlahiyyətliləri partlayışın anbarda saxlanılan kimyəvi maddələr səbəbindən baş verdiyindən şübhələnir və araşdırma aparır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki