image-1backend

Duma spikeri: “Miqrantlar rus dilini bilməlidir”

image-reklam_sirab_01

Rusiyaya işləmək üçün gələn miqrantlar rus dilini bilməlidirlər.

Vətəninfo.az  Rusiya mediasına istinadla xəbər verir ki, bunu RF Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Bir çox problemlər ona görə yaranır ki, insan bura işləmək üçün gəldiyi ölkə ərazisində dili öyrənməyib, bizim adət-ənənələrimizə, mədəniyyətimizə ögey münasibət bəsləyir və sonra problemlər yaranır”, – deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, Rusiyada belə problemlərə yol verilməməlidir. Bunun üçün dost ölkələrlə işləmək, onların rus dilini öyrənmələrinə şərait yaratmaq vacibdir.

Bundan əvvəl Dövlət Duması əcnəbilərin Rusiyada qalma müddətinin azaldılmasını təklif etmişdi. Parlamentin aşağı palatasının elektron məlumat bazasında dərc olunan sənəddə əcnəbi vətəndaşların ölkədə qalma müddətinin il ərzində 90 günə qədər azaldılması nəzərdə tutulur.Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki