image-1backend

“Dünyanın ağciyərləri” yox olur

image-reklam_sirab_01

Amazon tropik meşələrinin demək olar ki, yarısı quraqlıq, meşələrin qırılması və yanğınlar üzündən 2050-ci ilə qədər yox ola bilər.

Alimlər yeni araşdırmada Amazon meşələrinin təxminən yarısının 2050-ci ilə qədər yox olmaq təhlükəsi ilə üzləşdiyini bildiriblər.

Vətəninfo.az xəbər verir ki, Amazon meşələrinin 38 faizi ağacların kəsilməsi, yanğınlar və həddindən artıq quraqlıq səbəbindən azalıb. Alimlər 2050-ci ilə qədər tropik bu meşələrin 10-47 faizinin məhv ola biləcəyini söyləyir.

Rütubət səviyyəsi də bu cür düşməyə davam edərsə, Amazonun quraq əraziyə çevriləcəyi proqnozlaşdırılır.

Ekosistemi əsasən yağışdan asılı olan Amazon meşələri dünyadakı oksigenin çox hissəsini buraxdığı üçün “Dünyanın ağciyərləri” adlanır.

Araşdırmanın təfərrüatı “Nature” jurnalında dərc olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki