image-1backend

Əfqanıstanda torpaq sürüşməsi və qar uçqunu nəticəsində azı 27 nəfər ölüb

image-reklam_sirab_01

Əfqanıstanın Nuristan və Pəncşir əyalətlərində güclü qarın səbəb olduğu sürüşmə və qar uçqunu nəticəsində ilkin məlumatlara görə, 27 nəfər həyatını itirib.

Vətəninfo.az xəbər verir ki, Əfqanıstanın müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Molla Canan Saik bildirib ki, Nuristan əyalətində gecə boyu yağan güclü qar Nurqram rayonundakı Tetrin vadisində sürüşmə və uçqunlara səbəb olub.

Təbii fəlakət nəticəsində çoxlu sayda evin qar uçqunu və torpaq altında qaldığını bildirən Saik axtarış-xilasetmə işlərinin davam etdiyini, indiyədək 25 nəfərin cəsədini tapdıqlarını, 8 nəfərin isə yaralandığını bildirib.

Digər tərəfdən, Pəncşir vilayətində baş verən qar uçqunu nəticəsində 2 mədən işçisi ölüb, 1 işçi isə yaralanıb.

Əfqanıstanın mərkəzi və şimal hissələrinə təsir edən qar səbəbindən bir çox yaşayış məntəqələrinə çatmaq mümkün deyil.

İşçi qruplarının bölgədə yol açma işləri davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki