image-1backend

Emmanuel Makron Ukrayna lideri Vladimir Zelenski ilə görüşəcək

image-reklam_sirab_01

Fransa prezidenti Emmanuel Makron Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlar aparacaq, bundan sonra tərəflər Fransanın Kiyevə təhlükəsizlik zəmanətləri haqqında saziş imzalamağı planlaşdırır.

Vətəninfo.az xəbər verir ki, Yelisey sarayından verilən məlumata görə, bu “müqavilə 2023-cü ilin iyulunda Vilnüsdə NATO sammitində G7 ölkələrinin üzərinə götürdüyü öhdəliklərin nəticəsidir”.

RFI radiostansiyası xatırladır ki, bu görüş zamanı alyansa üzv ölkələr “Kiyevi məyus edərək, Ukraynanın mümkün NATO üzvlüyünün cədvəli ilə bağlı razılığa gələ bilməyiblər”, lakin uzunmüddətli hərbi yardım göstərməyə razılaşıblar.

Ukrayna ilə belə müqavilə imzalayan ilk ölkə Böyük Britaniya olub. Bu, yanvarın əvvəlində Böyük Britaniyanın baş naziri Rişi Sunakın Kiyevə səfəri zamanı imzalanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki