image-1backend

Entoni Blinken Məhəmməd bin Salman ilə görüşüb

image-reklam_sirab_01

Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinken oktyabrın 7-dən etibarən 5-ci dəfə Yaxın Şərqə səfər edib.

Vətəninfo.az xəbər verir ki, Entoni Blinken bu çərçivədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşüb.
Məhəmməd bin Salman və Entoni Blinken arasında baş tutan görüşlə bağlı ətraflı məlumat verilməyib.
Entoni Blinkenin Yaxın Şərq ölkələrinə səfəri çərçivəsində Qəzza zolağında “əsir mübadiləsi və humanitar keçid” məsələlərini müzakirə etməsi gözlənilir. ABŞ dövlət katibinin daha sonra Misirə səfər edəcəyi bildirilir.
Xatırladaq ki, ”Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.
İsrail ordusu buna cavab olaraq Qəzza zolağına qarşı ”Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən əksəriyyəti uşaq olmaqla 27 000 mindən çox fələstinli həlak olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki