Vətəninfo.az xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin sosial media hesabından edilən paylaşımda “Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan İsveçin Şimali Atlantika Müqaviləsinə qoşulması ilə bağlı Türkiye Böyük Millət Məclisinin qəbul etdiyi qanunun dərc edilməsinə qərar verdi və İsveçin NATO-ya qəbul protokolu ilə bağlı qərar imzalandı” deyilib.
3 maddədən ibarət qanun “Resmi Gazete”də dərc edilərək qüvvəyə minib.


























