image-1backend

Ərdoğan: “Ölkələrimiz Balkanlarda sülh və sabitliyin qorunmasına töhfə verən iki NATO müttəfiqidir”

image-reklam_sirab_01

“Türkiyə və Albaniya Balkanlarda sülh və sabitliyin qorunmasına töhfə verən iki NATO müttəfiqidir. Albaniya ilə Balkanlarda dialoqumuzu gücləndirəcəyik”.

Vətəninfo.az xəbər verir ki, bunu Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 20-də Ankarada rəsmi səfərdə olan Albaniyanın Baş naziri Edi Rama ilə Prezident İqamətgahında keçirilən “Türkiyə-Albaniya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk iclası” və sənədlərin imzalanma mərasimindən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.

Ərdoğan mətbuata açıqlamasında Baş nazir Rama ilə bölgədə və dünyada baş verən hadisələrlə bağlı fikir mübadiləsi apardıqlarını bildirib.

“Türkiyə və Albaniya Balkanlarda sülh və sabitliyin qorunmasına töhfə verən iki NATO müttəfiqidir. Biz Balkanlarda Albaniya ilə dialoqumuzu gücləndirəcəyik”, -deyə dövlət başçısı qeyd edib.

Albaniya ilə müdafiə sənayesi və hərbi sahədə sıx əməkdaşlığı dərinləşdirmək istəklərini ifadə edən Ərdoğan imzalanan Hərbi Çərçivə Sazişinin bu iradənin ən konkret təzahürü olduğunu bildirib.

Albaniyanı 2022-2023-cü illərdə BMT Təhlükəsizlik Şurasının Müvəqqəti Üzvlük prosesini uğurla başa vurması münasibətilə təbrik edən Ərdoğan “Albaniya növbəti sədrliyini Türkiyədən təhvil aldığı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinə mühüm töhfələr verəcək” deyib.

Qonaq Baş nazir Rama isə İsrailin Qəzza zolağına hücumlarına toxunaraq, “(Qəzzada) Atəşkəs vaxtıdır. Girovlar azad edilməlidir. Türkiyə əvəzolunmaz bir gücdür. Xüsusilə Qəzza və İsraillə bağlı sabahın təhlükəsizliyini təmin edəcək bir gücdür” deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki