image-d71c72d7-99af-4c96-afc9-705dc1dafd0abackend

“ƏRDOĞAN PUTİNLƏ GÜC MÖVQEYİNDƏN ÇIXIŞ EDİR…” – Xodorkovski 

image-reklam_sirab_01

Tanınmış rusiyalı milyarder, Putinin barışmaz rəqiblərindən biri sayılan Mixail Xodorkovski Kremlin Xersondan çəkilməsi qərarını şərh edərkən, Ukrayna ilə Rusiya arasında danışıqların bərpası mövzusuna da toxunub.

Xodorkovski Rusiya ilə danışıqlara başlamağın hələ tez olduğunu və döyüş meydanında rus ordusunu darmadağın etmədən bu danışıqların nəticə verməyəcəyini bildirib. O, deyib ki, Putinlə güc dilində danışmaq lazımdır və bunun ən parlaq nümunəsini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə nümayiş etdirib: “Putinin ən yaxşı başa düşdüyü bir dil var – güc dili. O, “quldur Peterbur”qan çıxıb. Quldurlar isə danışıqları və güzəşti anlamırlar. Onlar bunu zəiflik kimi qəbul edirlər. Onlar gücü başa düşürlər. Kim Putinlə ən effektli kommunikasiya qura bilir? Mənim fikrimcə, Ərdoğan. Rusiya hərbi təyyarəsini vurdu – problem deyil. Hərbi gəmiləri Qara dənizə buraxmadı – eybi yoxdur. Putin “taxıl sazişi”ndən çıxmaq istədi – (Ərdoğan) dərhal anlatdı ki, lazım deyil. Və bir də görüşdə gözləməyə məcbur edildi ki, tam alçaldılsın və yerini bilsin. Ərdoğan Putinlə ünsiyyətdə güc mövqeyindən çıxış edir və durmadan öz istədiklərini alır. Ona görə də Ukraynanın Putinlə sülh danışıqları mümkündür, ondan imtina etmək lazım deyil. Lakin bunu o zaman başlamaq lazımdır ki, Putin hərbi məğlubiyyətə uğrayacaq. O vaxt ki, onun iki seçimi qalacaq –Ukraynanın şərtləri daxilində sülh və yaxud onun ordusunun tam darmadağın edilməsi. Sülh, əlbəttə ki, olacaq, ancaq onun üçün hələ savaşmaq lazım gələcək”.“AzPolitika.info”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki