image-1632753821_44612b76af58910-750x470backend

Ərdoğan: “Türkiyə XXI əsrə damğa vurur”

image-reklam_sirab_01

“Türkiyə son illərin yüksələn ulduzlarındandır”.

Vətəninfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “6-cı Türk Sərmayə Bazarları Konqresi” adlı tədbirin açılışı münasibətilə ünvanlandığı məktubda qeyd edib.

“Güclü səhiyyə infrastrukturu, istehsal gücü, sürətli toparlanma qabiliyyəti və başqa bir çox üstünlükləri ilə ölkəmiz son illərin yüksələn ulduzlarından biridir. Rusiya-Ukrayna böhranının ilk dövrlərindən uğurla davam etdirdiyimiz balanslı və uzlaşdırıcı siyasətimiz Türkiyənin oyunqurucu rolunu daha da gücləndirib”, – deyə məktubda bildirilib.

Türkiyə prezidentinin məktubunda həmçinin vurğulanıb ki, xarici investorların ölkə iqtisadiyyatına marağı artmaqdadır: “Bu, Türkiyə diplomatiyasına və iqtisadiyyatına duyulan etibarın təzahürüdür. Türkiyə XXI əsrə damğa vuran uğur hekayələri yazmağa davam edəcək”.(modern)

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki