image-1backend

“Ərdoğana inanıram” – Zelenski

image-reklam_sirab_01

Ukrayna prezidenti Volodimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğanın Nikolayev bölgəsində dənizin nəqliyyat üçün açılmasında onlara kömək edə biləcəyinə inandığını bildirib.

Vətəninfo.az xəbər verir ki, Zelenski Ukraynanın paytaxtı Kiyevdə “Ukrayna: İl 2024” forumunda keçirilən mətbuat konfransında danışıb.

Nikolayev vilayətindəki limanlardan taxıl daşımalarının bərpası məsələsinə toxunan Zelenski deyib:

“Prezident Ərdoğanın Nikolayev bölgəsində dənizin nəqliyyat üçün açılmasında bizə kömək edə biləcəyinə inanıram. Bilirəm ki, Türkiyə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Qutteres ilə Qara dənizdə naviqasiya azadlığı məsələsini müzakirə edib. Biz belə bir görüş üçün hazırıq. İnanırıq ki, bu məsələ (Qlobal Sülh) ilk açılış sammitində həll oluna biləəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki