Ermənistan parlamentinin sədri Alen Simonyan İspaniyaya işgüzar səfəri çərçivəsində Kanada parlamentinin Nümayəndələr Palatasının sədri Qreq Ferqus ilə görüşüb.
Vətəninfo.az “Armenpress”ə istinadən xəbər verir ki, erməni spiker kanadalı həmkarını Ermənistan-Azərbaycan danışıqlarının gedişi ilə tanış edib.
Həmsöhbətlər Ermənistan-Kanada parlamentlərarası əlaqələrinin daha da sıxlaşdırılması perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Şərqi Avropa və Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinə, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına toxunulub.