image-41jpg-1669796915backend

Ermənilərdən növbəti vandallıq: Qəbirlərimizi təhqir edirlər – VİDEO 

image-reklam_sirab_01

Ermənilərin azərbaycanlılara məxsus qəbirləri dağıtdıqlarını əks etdirən yeni görüntülər yayılıb.

Vətəninfo.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan vandallıq videosunun harada çəkildiyi məlum deyil, ancaq relyefinə görə Qarabağa oxşayır.

Videoda hərbi geyimdə olan ermənilərin azərbaycanlılara məxsus qəbirləri təhqir etmələri – başdaşılarını sındırmaları və qəbrin üstündə gəzmələri əks olunub.

Kadrlardakı ermənilərdən birinin gödəkçəsinin qolunda Rusiya Federasiyası Daxili Qoşunlarına (2016-cı ilədək mövcud olub – red.) məxsus şevron olduğu da görünür.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki