image-333backend

Ermənistanın İrandakı səfiri: “İrəvan üçüncü ölkəyə marşrut verməyəcək”

image-reklam_sirab_01

Ermənistanın İrandakı səfiri Arsen Avakyan Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizi ideyasından söz açaraq, bununla bağlı tərəflər arasında hər hansı sənədin imzalanmadığını iddia edib.

Səfir bu barədə “Tasnim News”a verdiyi müsahibədə danışıb.

Onun sözlərinə görə, Ermənistan tərəfi dəfələrlə bəyan edib ki, heç bir ölkəyə öz ərazisində hər hansı marşrut verməyəcək.

Səfir həmçinin bölgənin son iki ildə və 44 günlük Qarabağ savaşından sonrakı xüsusi vəziyyətinə toxunaraq, bu mərhələni aşmaq üçün Tehran-İrəvan əməkdaşlığının vacibliyini vurğulayıb.

O, habelə iki ölkə arasında münasibətlərin son vəziyyəti, Cənubi Qafqaz regionunun vəziyyəti, Ermənistan, Azərbaycan və Türkiyə arasında sülh danışıqları prosesinə toxunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki