image-photo_186229backend

“Ətrafımızda terror dövləti yaratmağa cəhd etdilər” – Süleyman Soylu

image-reklam_sirab_01
“Ətrafımızda terror dövləti yaratmağa cəhd etdilər”.

Vətəninfo.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Onun sözlərinə görə, Türkiyə buna icazə verə bilməzdi: “Ölkəmizi və millətimizi qorumaq bizmi borcumuzdur. Bu hər bir ölkənin təbii hüququdur”.

S.Soylu bildirib ki, terrorçuların öldürdüyü mülki insanlara kimsə reaksiya vermədi: “Amma Polşaya 2 raket düşdüyü üçün NATO-nun bütün üzv ölkələri ayağa qalxdı. İnsanları dillərinə, dinlərinə, yaşadıqları coğrafiyaya görə fərqləndirmək düzgün deyil”.

Türkiyə DİN başçısı vurğulayıb ki, insan hüquqları hər kəsə aiddir: “Bütün terror aktlarına eyni cür reaksiya verilməlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki