image-reklam-veteninfo
image-1backend

Fransanın baş naziri:”Bu silahları  tezliklə Ukraynaya göndərəcəyik”

image-reklam-veteninfo

Fransa yaxın aylarda Ukraynaya əlavə silah və sursat, o cümlədən Sezar sinifli haubitsalar tədarük edəcək.Vətəninfo.az xəbər verir ki , bu barədə Fransanın baş naziri Qabriel Atal bildirib.

“Yaxın ayda biz Ukraynaya 150 pilotsuz uçan aparat, 100 idarə olunan raket, altı Sezar sinifli haubitsa verəcəyik. Daha 12-nin tədarükü Fransa tərəfindən maliyyələşdiriləcək”, – Atal Fransa Milli Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsi başlayandan bəri Fransa Kiyevə 3,8 milyard avro məbləğində hərbi yardım edib.

Atal deputatları fevralda Paris və Kiyev arasında imzalanmış ikitərəfli sazişin təsdiqinin lehinə səs verməyə çağırıb. Onun sözlərinə görə, bu, Fransanın Ukrayna üçün etibarlı hərbi tərəfdaş olduğunu sübut edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki