Yaponiyanın “Fukusima-1” qəzalı atom elektrik stansiyasının operatoru olan Tokyo Electric Power (TEPCO) radioaktiv su sızmasından sonra əhali və ətraf mühit üçün hər hansı təhlükə aşkar etməyib. Vətəninfo.az-ın məlumatına görə , bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) məlumatında deyilir.
“TEPCO obyektdə aparılan radiasiya ölçmələrində əhəmiyyətli dəyişikliklərin olmadığını təsdiqləyib. Hadisə ictimaiyyət üçün təhlükə yaratmır və obyektdən kənarda ətraf mühitə heç bir təsir göstərmir”, – press-relizdə deyilir.
Fevralın 7-də “Fukusima-1” AES-in işçiləri AES ərazisində radioaktiv su sızmasını qeydə alıblar. Dağılmanın həcmi 5,5 ton, suda radioaktiv maddələrin miqdarı 22 milyard bekkerel, icazə verilən maksimum 1500 bekkerel olduqda isə normadan 14 milyon dəfə çoxdur.


























