image-1backend

G7 ölkələrinin liderləri Ukrayna üçün toplaşır

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ), Almaniya, Kanada, Fransa, İngiltərə, İtaliya və Yaponiyadan ibarət “Böyük Yeddilik” (G7) ölkələrinin liderlərinin Rusiya-Ukrayna müharibəsinin fevralın 24-də başlanmasının 2-ci ildönümünü qeyd etmək üçün videokonfrans vasitəsilə görüşəcəkləri bildirilib.

İtaliya Baş Nazirliyindən verilən yazılı açıqlamada G7 liderlərinin 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibənin 2-ci ildönümündə İtaliyanın növbəti sədrliyi dövründə ilk görüşünü video konfrans vasitəsilə keçirəcəkləri qeyd olunub.

İtaliyanın Baş naziri Corcia Melonun sədrliyi ilə keçiriləcək iclasda Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı gözlənilir.

İtaliyanın sədrliyi ilə üzbəüz G7 Liderlər Zirvəsi 13-15 iyun tarixlərində ölkənin cənub-şərqindəki Puglia bölgəsində keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki