Fevralın 14-də Ukrayna hərbçiləri tərəfindən məhv edilən Rusiyanın iri “Kesar Kunikov” desant gəmisi Novorossiyskdən Sevastopola gedirdi. Vətəninfo.az xəbər verir ki, bunu ICTV-yə açıqlamasında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
Onun sözlərinə görə, gəminin heyəti 90 nəfərdir. Rusların axtarış-xilasetmə əməliyyatları hələ də davam etdiyi üçün onlardan neçəsinin xilas ola bildiyi daha sonra açıqlanacaq.
“Gəmi Novorossiyskdən Sevastopol şəhərinə yük aparırdı. Keçid zamanı gəmi pilotsuz təyyarələr tərəfindən məhv edilib”, – Budanov iddia edib.