image-1backend

Gezeravcının kosmosdan qayıdışı yenidən təxirə salınıb

image-reklam_sirab_01

Türkiyənin ilk astronavtı Alper Gezeravcının Beynəlxalq Kosmik Stansiyadan (BSK) qayıdışı əlverişsiz hava şəraiti səbəbilə yenidən təxirə salınıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə məlumatı “SpaceX” özünün “X” hesabında paylaşıb.

Məlumata görə, ABŞ-nin Florida ştatı sahillərində davam edən əlverişsiz hava şəraiti səbəbindən “Dragon”un fevralın 6-da Kosmik Stansiyadan ayrılmasını dayandırılıb. Kosmik gəmi və “Ax-3” heyəti sağlamdır.

Xatırladaq ki, 19 yanvar tarixində Türkiyənin ilk astronavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalıb və 13 fərqli elmi təcrübə həyata keçirib.

Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki