Artıq bu həftə Google ABŞ-dakı xidmətlərindən biri olan Google Podcasts-ı bağladığını elan edəcək. Vətəninfo.az xəbər verir ki, bu xidmət bağlandıqdan sonra podkastlar YouTube Music-də əlçatan olacaq. Hazırda şirkət ABŞ-dakı istifadəçilərinə aprelin 2-dən etibarən Google Podcasts-dan istifadə edə bilməyəcəkləri barədə bildirişlər göndərir. Şirkət podkastları olan istifadəçilərə məzmununu aprelin 2-dək YouTube Music-ə köçürməyi tövsiyə edir.
Qeyd edək ki, podkast xidməti altı il əvvəl istifadəyə verilib və indiyədək Google Play-dən yarım milyard dəfə yüklənib. Lakin istifadəçilərin üstünlüklərini nəzərə alaraq şirkət onu bağlamaq və materialları YouTube platformasındakı materiallarla birləşdirmək qərarına gəlib.


























