image-1backend

Güllələnən Baş nazirin vəziyyətində irəliləyiş var

image-reklam_sirab_01

Slovakiyanın sui-qəsd nəticəsində yaralanan baş naziri Robert Fitsonun səhhətində irəliləyiş müşahidə edilir.

Vətəninfo.az xəbər verir ki, bu barədə onun müalicə olunduğu “Roosevelt Hospital” tibb mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, hökumət başçısı ətrafındakılarla sərbəst şəkildə ünsiyyət saxlaya bilir.

Xatırladaq ki, mayın 15-də Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. O, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, atəş açanın motivi siyasi olub. Baş nazirinin həyatına sui-qəsd 71 yaşlı yazıçı Yuray Tsintula tərəfindən edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki