image-1backend

Gürcüstan Rusiya ilə barışığa gedir – Baş nazir açıqladı

image-reklam_sirab_01

Gürcüstanın baş naziri İrakli Kobaxidze Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşüb. Vətəninfo.az xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirinin administrasiyası məlumat yayıb.

Bildirilib ki, tərəflər Gürcüstanın Aİ-yə daxil olması prosesini və bu istiqamətdə həyata keçirilən islahatları müzakirə ediblər.

Görüşdə Gürcüstanın siyasi vəziyyəti də müzakirə olunub. Hökumət başçısı qeyd edib ki, Gürcüstan hökuməti artıq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) azad, ədalətli və şəffaf seçkilər keçirəcək seçki müşahidə missiyasına dəvət göndərib.

Kobaxidze həmçinin Gürcüstan-Rusiya münaqişəsinin sülh yolu ilə həlli prosesində Aİ-nin daha fəal rolunun vacibliyini vurğulayıb.

Qeyd olunur ki, görüş zamanı “diqqət regionda və dünyada təhlükəsizlik və çağırışlara yönəldilib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki