image-1669290787_756015619389528backend

“Hazırda Bakıda sülh müqaviləsi müzakirə edilir” – Zaxarovadan açıqlama

image-reklam_sirab_01

Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım məsələləri üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıda Ermənistanla sülh müqaviləsini müzakirə edir.

Bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə,  Xovayev bu günlərdə Bakıdadır.

O, həmçinin xatırladıb ki, Xovayev noyabrın 14-də İrəvanda olub və orada Ermənistanın siyasi rəhbərliyi ilə bir sıra məsləhətləşmələr aparıb: “İndi o, Azərbaycan tərəfi ilə görüşmək üçün Bakıdadır. Bu təmaslar zamanı sülh müqaviləsi problemləri də müzakirə olunur”.

Sülh müqaviləsi ilə bağlı İrəvan və Bakıda verilən bəyanatlara gəlincə, o qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı digər məsələlər kimi, sülh müqaviləsinin predmeti də çox çətin, həssas xarakter daşıyır: “Biz bunu konkret razılıq əldə etməzdən əvvəl tərəflərin mövqelərini şərh etməyi məqsədəuyğun hesab etmirik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki