image-img-20221102-wa0016backend

Həbsxanadan prezidentliyə gedən yol: Lula prezident seçildi

image-reklam_sirab_01

Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda solçu eks-prezident Luiz İnasio Lula da Silva 50,83 faiz səslə qalib gəlib. 2023-cü il yanvarın 1-də Bolsonarodan prezident postunu təhvil alacaq Lula bundan əvvəl iki dəfə bu vəzifədə olub və korrupsiya ittihamı ilə bir müddət həbs olunub.

Vətəninfo.az xəbər verir ki, Braziliyada maraqla gözlənilən seçkilərdə Lula 50,83 faiz, rəqibi prezident Jair Bolsonaro isə 49,17 faiz səs toplayıb.
2003-2010-cu illərdə iki müddət Braziliya prezidenti olmuş 77 yaşlı Lula da Silva ona qarşı açılan korrupsiya iddialarına görə bir il yarım müddətinə həbs edilib və işlərə xitam verildikdən sonra yenidən prezidentlik yarışına çıxıb.

Lula da Silva 2010-cu il dekabrın 31-də prezidentlikdən istefa verənə qədər populyar bir lider idi, lakin 2011-ci ildə ona və partiyasına qarşı korrupsiya ittihamları başladı. Korrupsiya cinayətlərinə görə 580 gün həbsdə olan Lula da Silvanın məhkum edilməsi Bolsonaronun 2018-ci ildə qalib gəldiyi seçkilərdə namizəd olmasına mane olub.
2019-cu ilin noyabrında azad edilmiş Lulanın cəzaları və korrupsiya işləri 2021-ci ildə Ali Məhkəmə tərəfindən ləğv edildi və bu işlərə baxan hakim Sergio Moronun işlərdə qərəzli və siyasi olduğuna qərar verdi və onun seçilməsinə zəmin hazırladı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki