Fələstinin HƏMAS hərəkatı Qəzzada atəşkəs və məcburi köçkünlərin tədricən geri qaytarılması ilə bağlı ABŞ-ın təşəbbüsü ilə razılaşıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə hərəkatın mənbəsinə istinadən “Al Arabiya” məlumat yayıb.
Qeyd olunur ki, ABŞ-ın irəli sürdüyü təşəbbüs anklavda hərbi əməliyyatların dayandırılmasını və məcburi köçkünlərin tədricən geri qaytarılmasını nəzərdə tutur.
Politico daha əvvəl yazmışdı ki, Təl-Əviv Qəzza zolağında quru əməliyyatını genişləndirərsə, ABŞ prezidenti Co Bayden İsrailə hərbi yardımı məhdudlaşdırmaq barədə düşünə bilər.


























