image-1backend

Hindistan yeni ordu qurur: 11 milyard dollar ayrıldı

image-reklam_sirab_01

Hindistanın Nazirlər Kabinetinin Təhlükəsizlik Komitəsi ölkənin silahlı qüvvələrinin modernləşdirilməsi və təchiz edilməsi üçün dəyəri 11 milyard dollardan çox olan bir neçə sazişi təsdiqləyib.

Vətəninfo.az-ın məlumatına görə, bu barədə TASS- a istinadən “The Economic Times” qəzeti məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu əməliyyatlar arasında, xüsusən də Hərbi Dəniz Qüvvələrinə 200-dən çox uzaq mənzilli səsdən sürətli qanadlı raketlərin tədarükü üçün BrahMos Aerospace ilə imzalanmış müqavilə də var.

Digər satınalmalar arasında Su-30MKI döyüş təyyarələrinin yeni radarlar, elektron müharibə və uçuşa nəzarət sistemləri və silahlarla təchiz edilməsi üçün 7,2 milyard dollar dəyərində böyük müqavilə də var. Jurnalın məlumatına görə, onları daha müasir hind versiyaları əvəz edəcək.

MiQ-29 qırıcılarının mühərriklərinin dəyişdirilməsinə 640 milyon dollara yaxın vəsait ayrılacaq. İsveçdən radarların və L70 zenit toplarının alınmasına təxminən 760 milyon dollar ayrılıb. Hindistanın qısa mənzilli silah sisteminin inkişafı üçün daha 850 milyon dollar təsdiq edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki