image-1backend

Husilər: ”ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisini vurduq”

image-reklam_sirab_01

İranın dəstəklədiyi husilər Qırmızı dənizdə ABŞ (ABŞ) Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisini raketlərlə hədəfə aldıqlarını açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Seri rəsmi ”X” internet səhifəsində verdiyi açıqlamada Husi qüvvələrinin Qırmızı dənizdə ABŞ donanmasına qarşı həyata keçirdiyi hücumla bağlı məlumat verib.

ABŞ Hərbi Dəniz Qüvvələrinə aid “USS Gravely” esminesini ”dəniz raketləri” ilə hədəf aldıqlarını ifadə edən Seri, sözügedən hücumun Fələstin xalqına dəstək, ABŞ və İngiltərənin Yəmənə hücumlarına cavab vermək üçün edildiyini bildirib.
Yəhya Seri deyib: “Yəmən Silahlı Qüvvələri Qırmızı dəniz və Oman dənizində ölkəmizə qarşı hücumda iştirak edən bütün Amerika və Britaniya hərbi gəmilərinin qüvvələrimizin hədəf dairəsində olduğunu və hüquq normaları çərçivəsində hədəf alınacağını təsdiqləyir”.
Yəmən xalqının Fələstin məsələsinə münasibətinə diqqət çəkən Seri deyib:“Yəmən Silahlı Qüvvələri Qəzzaya hücum dayandırılana və blokada qaldırılana qədər İsrailə məxsus və ya ona tabe olan gəmilərin işğal olunmuş Fələstin limanlarına daxil olmasının qarşısını almağa davam edəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki