image-1backend

Husilər  İrana gedən gəmiyə hücum etdilər 

image-reklam_sirab_01

Vətəninfo.az ABŞ-nin Mərkəzi Komandanlığına (CENTCOM) istinadən xəbər verir ki, husilərin ötən gecə İrana gedən yük gəmisinə hücumu qəsdən planlaşdırılmış olub.
Məlumata görə, gecə 03:30-dan 03:45-ə qədər husilərin nəzarətində olan Bab əl-Məndəb boğazından keçən “MV Star İris” adlı yükdaşıyan gəmiyə 2 raket atılıb. Bildirilir ki, Yunanıstana məxsus bu gəmi Marşal adalarının bayrağı altında üzüb və Braziliyadan İranın “Xomeyni” limanına qarğıdalı daşıyırmış.
ABŞ hökumətinin adı açıqlanmayan sözçüsü deyib:
“Husilərin İran tərəfindən dəstəklənən ticarət gəmilərinə hücumları qlobal iqtisadiyyatı təhdid edir. İran hökumətinin terrora dəstəyinin nəticəsini İran xalqı da daxil olmaqla, bütün bölgə xalqları ödəyəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image