image-1backend

İbrahim Rəisi buna görə  Türkiyəyə səfər edəcək

image-reklam_sirab_01

İran İslam Respublikasının prezidenti İbrahim Rəisi prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə rəsmi səfər edəcək.

Vətəninfo.az xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, səfər çərçivəsində Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci toplantısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti İbrahim Rəisinin sədrliyi ilə keçiriləcək.
Məlumatda bildirilib ki, görüşdə Türkiyə-İran münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.
“Görüşlər zamanı ikitərəfli əlaqələrlə yanaşı, aktual regional və qlobal problemlər, xüsusilə İsrailin Qəzzaya və işğal olunmuş Fələstin ərazilərinə hücumları ətrafında fikir mübadiləsi aparılacaq. Münasibətlərin müqavilə əsaslarının möhkəmləndirilməsinə yönəlmiş müxtəlif sənədlərin imzalanması da gündəmdədir”,-deyə məlumatda vurğulanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki