image-1backend

İran bunu etsə, sərt sankisya ilə üzləşə bilər –  Avropa Komissiyasının sədri İranı HƏDƏLƏDİ

image-reklam_sirab_01

Avropa Komissiyasının sədri Ursula fon der Leyen İranın Rusiyaya ballistik raketlər tədarük edəcəyi təqdirdə Aİ-nin İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu açıqlayıb. Vətəninfo.az-ın məlumatına görə , bu barədə fon der Leyen Strasburqda Avropa Parlamentinin plenar iclasında bildirib.

Ursula fon der Leyen çıxışında İranı Yəmən husilərini dəstəkləməklə regionda gərginliyi artırmaqda, həmçinin Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına dəstək verməkdə ittiham edib.

“Əlavə edim ki, bu yaxınlarda xəbər verildiyi kimi, İran Rusiyaya ballistik raketlər təqdim edərsə, biz əlavə sanksiyalarla cavab verməyə hazırıq.

Həm Moskva, həm də Tehran İranın Ukraynadakı hərbi əməliyyatlarda istifadə üçün Rusiyaya silah verməsi ilə bağlı Qərbin ittihamlarını dəfələrlə rədd edib.

Fevralın 21-də Reuters agentliyi öz mənbələrinə istinadən xəbər verib ki, İran yanvarın əvvəlindən Rusiyaya 400-ə yaxın ballistik raket ötürüb. İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bu şayiələri təkzib edərək, İslam Respublikasının beynəlxalq hüquqa və BMT Nizamnaməsinə riayət etdiyini bildirib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan isə öz növbəsində Qərb ölkələrinin iddialarının əsassız olduğunu və İranın onları qətiyyətlə pislədiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki