image-1backend

İran gizli şəkildə Nigerdən uran alır 

image-reklam_sirab_01

Vətəninfo.az “Deutsche Welle” istinadən  xəbər verib ki, İran Niger hökuməti ilə (2023-cü il iyulun 26-da dövlət çevrilişindən sonra hakimiyyətə gələn) 56 milyon dəyərində olan 300 ton “sarı tort”un (uran filizlərinin emalının aralıq mərhələsində yuyulma məhlullarından əldə edilən bir növ uran konsentratı tozu) tədarükü üçün gizli danışıqlar aparır.
Bir neçə rəsmi Qərb və Nigeriya mənbələri Fransanın “Le Monde” qəzetinə bu məlumatı təsdiqləyib. Niger hakimiyyəti isə öz növbəsində İran ilə saziş bağladığını inkar edir.
Ancaq Niger hökuməti qeyd edir ki, Tehran İranın xarici işlər nazirinin müavini Mehdi Səfərinin fevralın 22-də Nigerin paytaxtı Niameyə səfəri zamanı tədarük müqaviləsi imzalamaq istəyirdi.
Qeyd olunub ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) hər hansı bir razılaşmanın mövcudluğundan xəbərdar edilmədiyini də vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki