image-1backend

İran İstanbulda törədilən terror hücumunu pisləyib

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İran dünən İstanbuldakı məhkəmə binasının qarşısında törədilən terror hücumunu pisləyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kenani verdiyi yazılı açıqlamada İstanbuldakı məhkəmə binasının qarşısında törədilən terror aktını pisləyib və ölkəsinin terrorla  mübarizədə dost və qardaş Türkiyə ilə həmrəy olduğunu” bildirib.
Naser Kenani hücumda yaralananlara şəfa diləyib və həyatını itirən vətəndaşın ailəsinə başsağlığı verib.
Çağlayandakı məhkəmə binasının qarşısındakı polis məntəqəsinə atəş açan 2 DHKP-C terrorçusu ölü olaraq saxlanılıb, hücumda 1 nəfər ölüb, 3-ü polis olmaqla 5 nəfər yaralanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki