image-1backend

İran polisi Qasım Süleymaninin şəkillərini sildiyi üçün “İnstaqramı” məhkəməyə verdi 

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, “Əli Ədaləti” adlı iranlı haker qrupu İranın FƏTA (Kiberməkana Nəzarət) Polisinin “İnstaqramı” məhkəməyə verməsini sübut edən sənədləri üzə çıxarıb.

Məlumata görə, FƏTA Polisi SEPAH-ın Qüds qanadının öldürülmüş komandanı Qasım Süleymani ilə bağlı başsağlığı mesajları və ölümü ilə əlaqəli yazıların, o cümlədən şəkillərin 2020-ci ildə silinməsinə görə “İnstaqram” platformasını məhkəməyə şikayət edib.

Xatırladaq ki, fevralın 20-də “Əli Ədaləti” haker qrupu İran Məhkəməsinin elektron sistemini sındıraraq gizli məlumatları ələ keçirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki