image-1backend

İran və Ermənistan arasında media sahəsində əməkdaşlıq genişlənir

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İranın Ermənistandakı Mədəniyyət Mərkəzinin rəhbəri və “Armen Press” xəbər agentliyinin direktoru görüşüb və iki ölkə arasında media sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
İran hökumətinin rəsmi saytı xəbər verir ki, İranda baş verən müxtəlif siyasi, sosial, iqtisadi, mədəni tədbirləri Ermənistanda geniş işıqlandırmaq və erməni cəmiyyətini bu haqda məlumatlandırmaq üçün, İran Mədəniyyət Mərkəzinin rəhbəri Məhəmməd Əsədi Müvəhhid “Armen Press”in fəaliyyəti ilə yaxından tanış olub.
O, deyib ki, “Armen Press” xəbərləri vaxtında, düzgün və lazımi şəkildə işıqlandırmaqla İran və Ermənistan xalqları və dövlətləri arasında əlaqələrin inkişafında mühüm rol oynaya və iki ölkənin yaxınlaşmasına və əlaqələrin genişlənməsinə töhfə verə bilər.
“Armen Press”in direktoru da öz növbəsində agentliyin İranın Ermənistandakı mərkəzləri ilə uğurlu əməkdaşlığına işarə edərək, əməkdaşlığın genişlənməsini əhəmiyyətli adlandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki