Vətəninfo.az İSNA-ya istinadən xəbər verir ki, iki ölkə arasında yaranan son gərginlikdən sonra fəaliyyətləri dayandırılan İran və Pakistan səfirləri bu gündən vəzifələrinin icrasını davam etdirəcəklər.
Məlumata görə, SEPAH-ın terrorçuların Pakistan sərhədindəki qərargahına hücumundan, Tehran və İslamabad arasında yaranan qısamüddətli gərginlikdən sonra Pakistan hökuməti ötən həftə böhrana son qoymaq və Tehranla dipomatik_əlaqələri tamamilə bərpa etmək qərarına gəlib.
Qeyd olunub ki, daha öncə İran və Pakistanın XİN başçıları arasında baş tutan telefon danışığında tərəflər səfirlərin yanvarın 26-na qədər diplomatik missiya yerlərinə qayıtmaları haqda razılığa gəliblər.


























